Məktəblər / Liseylər / Gimnaziyalar

 

Edubot - məktəb idarəetmə sistemi məktəbin günlük / aylıq əməliyyatlarını avtomatlaşdıraraq idarə etmək üçün nəzərdə tutulmuş proqram və ya sistemdir. Bu sistem şagirdlərin qeydiyyatı, dərs cədvəlləri, məktəbdə işləyənlərin qeydiyyatı və idarə edilməsi, Mühasibat əməliyyatları, kommunikasiya və digər məktəb əməliyyatlarını asanlaşdırmağa kömək edir.

Edubot - tipik olaraq aşağıdakı Modulları əhatə edir:

  1. Şagirdlərin Məlumat Sistemi: Şagird qeydiyyatı, dərslərdə iştirak və inkişaf dəyərləndirmələri kimi şagird məlumatlarını idarə edir.

  2. Məktəbdə işləyənlərin İdarə edilməsi: Məktəbdəki müəllimlər, idarə işçiləri və digər əməkdaşların məlumatlarının idarəsi.

  3. Sinif və Dərs Cədvəlləri: Dərs cədvəlləri, siniflərin formalaşdırılması, müəllimlərin dərs cədvəlləri və imtahan qrafiki kimi akademik proqramları təşkil edir.

  4. Maliyyə İdarəetməsi: Məktəbin gəlir və xərclərini izləyir, maaşlar, fakturalar, təqaüdlər və digər maliyyə işlərini idarə edir.

  5. Ödənişlərin idarə olunması: Şagirdlərin ödənişləri, ödəniş tarixləri, məbləği və ödəniş prosesləri bu platformalar vasitəsilə idarə olunur.(Özəl məktəblərdə )

  6. Valideynlərlə əlaqə : Valideynlərlə əlaqəni asanlaşdıran, elanlar göndərməyə imkan verən kommunikasiya modulları təklif edir.

  7. Sınaq və Şagird Dəyərləndirməsinin İdarə edilməsi: İmtahanlar, imtahan nəticələri, inkişaf dəyərləndirmələri və hesablama kimi şagird dəyərləndirmə proseslərini idarə edir.

  8. Təhlükəsizlik İdarəetməsi: Təhlükəsizlik tədbirləri götürmək və nəzarət sistemləri vasitəsilə mühafizə təmin etmək kimi təhlükəsizlik ilə bağlı funksiyaları ehtiva edir.

Edubot - məktəb idarəetməsinin daha effektiv olmasını təmin edərək müəllimlər, şagird və valideynlərə aid əməliyyatları asanlaşdırır, məlumat saxlama və analiz proseslərini mərkəzləşdirir və ümumilikdə məktəbin daha effektiv şəkildə idarə olunmasına kömək edir.