bg_image
- Edubot hansı təhsil sahələrində istifadə edilir?

-Uşaq bağçası, -ibtidai məktəb, -orta məktəb, -lisey, gimnaziyalar, -özəl məktəblər, -tədris mərkəzləri,- -dil kursları və s. Bir sözlə, təhsil sektorunda bütün istiqamətlərdə istifadəsi mümkündür.

- Edubot ancaq Azərbaycan təhsil sistemində istifadə edilir?

- Edubot həm Azərbaycan, həm də xaricdə olan təhsil müəssisələrində istifadə edilir.

- Edubot – u həm mobil telefonda , həm də kompüterdə istifadə etmək mümkündürmü?

- Edubot-un əsasları mobil proqram üzərində qurulmuşdur. Biz bu istiqamətdə həm funksionallıq, həm də istifadə rahatlığı baxımından çox iddialıyıq. Mobil tətbiqi istifadə etdiyiniz zaman nə demək istədiyimizi daha yaxşı anlayacağınıza zəmanət veririk. Mobil tətbiqimizə App Store (IOS), Google Play (ANDROID) mağazalarından daxil ola bilərsiniz. Mobil versiyamızda modulların rahat istifadəsi nəzərdə tutulmuşdur. Buna əlavə olaraq modulların daha rahat idarəsi veb versiya üzərində mümkündür.

- Edubot – dan istifadə təhlükəsiz və güvənlidirmi ?

- Təhlükəsizlik üçün mütəmadi olaraq bütün lazımi təhlükəsizlik prosedurları həyata keçirilir. SSL əməliyyatları, DDOS hücumlarının qarşısının alınması, server təhlükəsizliyi və yeniləmə kimi bütün əməliyyatlar istisnasız olaraq həyata keçirilir.

- İstifadəçilər İşin fərqli xüsusiyyətlərinə uyğun Modullar istəyə bilərmi?

- Bu suala cavabımız “bəli”-dir. Amma biz istənilən funksiyanı əlavə etmirik. İlk növbədə, biz sizi hərtərəfli dinləyirik və istəklərinizi başa düşürük. İstədiyiniz xüsusiyyət Edubot-da mövcud deyilsə, onu komandamızla müzakirə edirik və birlikdə qərar veririk.

- İstifadəçilər ilə əlaqə üçün sms və bildiriş sistemi mövcuddurmu?

- Bəli. Həm SMS, həm də ekran bildirişlərindən istifadə olunur. Edubot vasitəsilə göndərilməli olan davamiyyət, elan, ev tapşırığı və s. kimi bildirişlər. Edubot mobil proqramından istifadə edən istifadəçilərə ekran bildirişi, istifadə etməyən istifadəçilərə isə SMS olaraq göndərilir. Burada təhsil müəssisəsinin xərclərini minimuma endirməklə yanaşı, eyni zamanda valideynlərin də məmnunluğu müşahidə olunur və təmin edilir.

- Edubot-un Demo versiyasından istifadə etmək mümkündürmü?

- Edubot-un demo təqdimatı sizin üçün təyin olunmuş tarixdə onlayn olaraq təqdim edilir.

- Edubot-dan şirkət olaraq istifadə edən müəssisələrin ad və loqoları proqramda görünürmü?

- Bəli. Edubot-dan istifadə edən valideynlər, şagirdlər və ya müəllimlər proqramdan mərkəzinizin loqosu ilə birbaşa istifadə edirlər. Daha dəqiq desək, proqramdan istifadə edərkən onlar hiss edirlər ki, bu, sizin mərkəzə aid xüsusi proqramdır.

- Edubot-da hansı Modullar var?

- Edubot-da müəllimlərə, idarəçilərə, valideynlərə və şagirdlərə lazım olan modullar var. Xüsusilə müəssisə tipli şirkətlər üçün əhəmiyyət kəsb edən modullarımız var.

- Edubotdakı Ev tapşırıqları modulunda fayl / sənəd əlavə etmək mümkündürmü?

- Bəli, mümkündur. Valideyn və şagirdləri həmin faylları çap etmək imkanına sahib olurlar.

- Valideynlərin Edubot-dan aktiv istifadəsi vacibdirmi?

- Edubot-un təhsil sistemimizə və valideynlərimizə verdiyi töhfələrdən biri də Valideynləri övladlarının təhsil keyfiyyətinin artırılmasına fəal töhfə verməyə təşviq etməkdir. Bu istiqamətdə Valideynlərimizi həvəsləndirməklə yanaşı, onları daha rahat etmək, müəllimlərlə ünsiyyəti gücləndirməyə çalışılır. Ev tapşırıqlarının yoxlanılması, tapşırıqlar və müxtəlif modullar üzrə müəllimlərə şərhlər göndərmək kimi interaktiv funksiyalar Edubot-da standart halına gəlib. Əminliklə deyirik ki, Edubotdan günlük aktiv istifadə valideynlərin övladlarının təhsili üzərində nəzarətini daha da gücləndirir və bu da inkişafa və yüksək nəticəyə səbəb olur.

Edubot-un Valideynlər üçün faydaları nələrdir?

Edubot – təhsil idarəetmə sistemi ( ETİS ) valideynlər üçün bir sıra faydalar təqdim edir. Bu faydalar, valideynlərin övladlarının təhsil aldığı tədris müəssisələri ilə daha yaxından əlaqədə olmalarını və onların təhsilini daha yaxşı izləmələrini təmin edir. Aşağıda bəzi əsas üstünlüklər verilmişdir: 1. Asan Ünsiyyət: Valideynlər müəllimlərlə və tədris qurumunun əməkdaşları ilə asanlıqla əlaqə qura bilərlər, bu da övladları haqqında zamanında məlumat almağa kömək edir. 2. Akademik Məlumatlara Əlçatanlıq: Valideynlər, övladlarının qiymətlərini, dərslərə davamiyyətini və ümumi inkişafını mərkəzləşdirilmiş qaydada bir platformada izləyə bilərlər. 3. Davamiyyətin təqibi: Valideynlər, övladlarının təhsil müəssisəsinə daxil olduğunu anında bilə bilirlər. 4. Tədbir Bildirişləri: Edubot vasitəsilə, valideynlər məktəb tədbirləri, valideyn iclasları ,son tarixlər və mühüm elanlar haqqında asanlıqla xəbərdar olurlar. 5. Ev Tapşırıqları və onların həllinə nəzarət: Valideynlər, övladlarının ev tapşırıqlarından asanlıqla məlumatlı olur və bu da onların həllinə nəzarət etməyə imkan tanıyır. 6. Ödəniş məlumatları: Övladlar ödənişli əsaslarla təhsil alarsa, valideynlər ödədiklər Aylıq və ya İllik təhsil haqqlarını çox asanlıqla təqib edə bilirlər. 7. Artan İştirak: Valideynlər, müxtəlif resurslara və məlumatlara giriş əldə etdikcə, övladlarının təhsilində daha aktiv rol oynaya bilərlər. 8. İnkişaf Hesabatları: Edubotda müntəzəm olaraq günlük / həftəlik / aylıq hesabatlar valideynlərlə paylaşılır, bu da akademik inkişaf və diqqət tələb edən sahələr haqqında məlumat verir. 9. Şəxsi Öyrənmə: Valideynlər, övladlarının öyrənmə üslubu və irəliləyişi haqqında məlumat əldə edərək, evdə daha fərdi yanaşmalar tətbiq edə bilərlər. 10. Davranışlara nəzarət: Valideynlər davamlı olaraq övladlarının davranışları barədə məlumat alırlar. Bu faydalar, valideynlərin məktəblə daha sıx əlaqədə olmasına və övladlarının təhsilinə daha çox dəstək vermələrinə imkan tanıyır.

Edubot – təhsil idarəetmə sisteminin müəllimlər üçün faydalarını nələrdir?

Edubot müəllimlər üçün də bir sıra üstünlüklər təqdim edir. Bu proqram, müəllimlərin işini asanlaşdırır və tədris prosesini daha səmərəli hala gətirir. Aşağıda müəllimlər üçün Edubot-un əsas faydaları verilmişdir: 1. İş Yükünün azaldılması: Edubot, dərs planlarının hazırlanması, qiymətləndirmə və hesabatların avtomatlaşdırılması ilə müəllimlərin iş yükünü azaldır. Sinfin asan idarəsi: Müəllimlər - Şagirdlərin siyahısı, Dərs cədvəli, Davamiyyət, Qiymətləndirmə, Davranışlar, Ev tapşırıqları, Kitab tapşırıqları, İmtahanlar, Dərs mövzuları, Valideyn iclasları və Bildirişlərlə bağlı tədris proseslərini asanlıqla icra edə bilirlr. Şagirdlərin inkişaf dinamikasının təqib edilməsi : Müəllimlər, şagirdlərin qiymətləri, davamiyyətləri və inkişafını asanlıqla izləyə bilirlər, bu da fərdi yanaşma imkanı tanıyır. 2. Ünsiyyətin gücləndirilməsi: Müəllimlər, valideynlər və digər müəllimlərlə asanlıqla ünsiyyət qura bilirlər, bu da əməkdaşlığı və məlumat mübadiləsini artırır. 3. Müntəzəm hesabatların hazırlanması: Edubot - müntəzəm olaraq qiymətləndirmə və inkişaf hesabatlarının hazırlanmasını avtomatlaşdıraraq müəllimlərin vaxtına qənaət edir. 4. İnkişaf Planlarının İzlənməsi: Müəllimlər, şagirdlərin fərdi inkişaf planlarını izləyə və onlara dəstək verə bilərlər. 5. Dərs Qeydlərinin İdarə Edilməsi: Müəllimlər, dərs qeydlərini, tapşırıqları və qiymətləndirmələri mərkəzləşdirilmiş sistemdə asanlıqla saxlaya və idarə edə bilərlər. 6. Tədris Metodlarının İnkişafı: MİP, müəllimlərə müxtəlif tədris metodlarını tətbiq etmək və nəticələrini izləmək imkanı verir. 7. Resursların Paylaşımı: Müəllimlər, dərs materiallarını və resurslarını valideyn və şagirdlərlə paylaşa bilirlər, bu da dərsin keyfiyyətini artırır. 8. Vaxtın İdarə Edilməsi: Edubot - müəllimlərin vaxtlarını daha səmərəli idarə etmələrinə kömək edir, bu da onlara şəxsi həyata daha çox vaxt ayırmağa imkan verir. Bu faydalar, müəllimlərin peşə fəaliyyətlərini asanlaşdırır və tədris prosesinin daha effektiv olmasına kömək edir.

image

Edubot - u indi yükləyin