Bağçalar
  • EduBot - uşaq bağçalarının gündəlik fəaliyyətini, uşaqların qeydiyyatını, bağçada işləyənlərin idarəetməsini, valideynlərlə əlaqəni və ümumilikdə müəssisənin əməliyyatlarını avtomatlaşdıraraq idarə etməyə kömək edən bir proqram və ya sistemdir.

Sistem ümumi olaraq aşağıdakı funksionallıqlara malikdir :

  1. Uşaqların qeydiyyatının idarəedilməsi: Uşaqların məlumatları, qeydiyyat tarixləri, valideyn əlaqə məlumatları kimi məlumatların saxlanması və yenilənməsi.
  2. Bağça işçilərinin idarəedilməsi: Müəllimlərin, köməkçi işçilərin və digər əməkdaşların məlumatların.
  3. Məşğələ saatlarının və Təqvimin İdarəedilməsi:  Dərslərin saatları, tədbirlər, tətil günləri kimi təqvim tərtibatı.
  4. Uşaq davamiyyətinin təqib edilməsi : Uşaqların bağçaya gəlib getmələrinə nəzarət.
  5. Uşaqlarda olan inkişafın dəyərləndirməsi: Uşaqların inkişafını və dinamikanı izləmə, hesabat və dəyərləndirmə.
  6. Mühasibat  İdarəetməsi: Qazanc-xərclər, qiymətləndirmə, faktura hazırlama kimi maliyə proseslərin idarə olunması.
  7. Ödənişlərin idarə olunması: Uşaqların ödənişləri, ödəniş tarixləri, məbləği və ödəniş prosesləri bu platformalar vasitəsilə idarə olunur.  ( Özəl bağçalarda )

  8. Valideynlərə Bildiriş: Valideynlərə elanlar, xəbərdarlıqlar və məlumatların göndərilməsi.
  9. Təhlükəsizlik və İzləmə: Uşaqların təhlükəsizliyi üçün tədbirlər almaq və nəzarət sistemləri vasitəsilə qoruma təmin etmək.
  10. Yemək menyusu: Günlük və həftəlik yemək menyusunun tərtibi.

Belə bir bağça idarəetmə proqramı, fəaliyyəti daha səmərəli hala gətirir, müəllim və valideyn əlaqəsini asanlaşdırır, məlumat saxlama və yeniləmə proseslərini mərkəzləşdirir və ümumilikdə müəssisənin daha effektiv şəkildə idarə olunmasına kömək edir.